Çinli alimlər yeni kəşfə imza atıb. Belə ki, koronavirusun ağciyərlərdə həmişəlik qala bildiyi iddia edilir.
Xarici mətbuat xəbər verir ki, həkimlər COVID-19-dan sağalıb evə buraxılan 78 yaşlı qadını buna misal çəkib. Bildirilib ki, xəstə uğurlu müalicədən sonra evə buraxılıb. Buraxılmazdan əvvəl 3 testdən keçirilib – hər üçünün nəticəsi mənfi olub. Lakin qadın xəstəxanadan çıxandan bir gün sonra qəfildən ölüb. Autopsiyadan sonra ekspertlər ölüm səbəbi kimi infarktı göstərib. Qadının ağciyərlərində virus hissəciklərinin qorunduğu ortaya çıxıb.
Mütəxəssislər qeyd edib ki, gizli ştammlar simptomlara səbəb olur, lakin virus hissəcikləri xəstənin orqanlarında qalır./publika.az