Koronavirusa qarşı görülən tədbirlərlə əlaqədar şahzadə Harri ilə Meqan Markl ayrılıq təhlükəsi ilə üzləşib.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Mart ayının əvvəlindəMeqan Markl kraliyyət tədbirlərində iştirak etmək üçün qısa birmüddətə Böyük Britaniyaya gəlmişdi. Tezliklə o, geri qayıdıb. Harri isə müəyyən məsələlərə görə vətənində qalmalı olub.
COVID-19-un yayılmasının qarşısını almaq üçün görülən tədbirlərHarrinin Kanadaya qayıtmasına mane ola bilərdi. Belə ki, o, əgər Kanadaya vaxtında qayıtmasaydı, sərhədlərbağlandığı üçün ailə ayrı qalmaq məcburiyyətində olardı.
Martın 16-da Kanada hökuməti vətəndaşlığı və ya yaşamaq icazəsi olmayan insanların ölkəyədaxil olmasını qadağan edib. Sərhəd yalnız diplomatlara, Kanada vətəndaşlarına, təyyarələrin heyət üzvlərinə və ABŞ vətəndaşlarına açıqdır. Onlar ölkəyə daxil olduqdan sonra 14 gün ərzində özünü təcrid rejiminə riayət etmək məcburiyyətindədirlər.
“Daily Mirror” isə yazıb ki, Kanadanın sərhədləribağlandığı üçün şahzadə Harri yaxın gələcəkdə İngiltərəyə qayıda bilməyəcək.