İtaliyada hökümət məhbuslarla bağlı məhdudiyyətlər tətbiq edib.
“Reuters” xəbər verir ki, məhbuslar isə, öz növbəsində, buna üsyan qaldırıb.
Martın səkkizi 60-a yaxın məhbus həbsxanada yanğın törədərək qaçmağa çalışıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 500-ə yaxın məhbusun həbsxanadan qaçmasının qarşısını alıb.
Ümumi olaraq dörd həbsxananın məhbusları üsyan qaldırıb.
Qeyd etmək lazımdır ki, yeni qaydalara əsasən, məhbuslar 8-22 mart tarixlərində qohumları ilə görüşə bilməyəcəklər.
İxtişaşlar nəticəsində bir neçə insanın həlak olduğu bildirilir. /Oxu.az