Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı yenə artıb.
Milletinsesi.az xəbər verir ki, yeni statistikaya əsasən infeksiyadan ölənlərin sayı 9149-ə çatıb.
Qeyd edək ki, dünyada ən çox ölüm hadisəsi Çin (3 245), İtaliya (2 978), İran (1 135), İspaniya (638) və Fransada (264) qeydə alınıb. İnfeksiya indiyədək 176 ölkə və regionda qeydə alınıb. Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Dünyada koronavirus infeksiyasına indiyədək 223 104 insan yoluxub. Virusdan sağalanların sayı 85 791 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.