Dünya miqyasında COVID-19 xəstəliyindən sağalanların sayı 23 milyonu ötüb.
Hazırda bu rəqəm 23 milyon 120 min 956 nəfər təşkil edir.
Ən çox sağalan xəstə sayının olduğu ilk 5 ölkə ABŞ (4 milyon 299 min 525), Hindistan (4 milyon 497 min 867), Braziliya (3 milyon 887 min 199), Rusiya (911 min 973), Cənubi Afrika (622 min 418), Kolumbiya (640 min 900) və Perudur (622 min 418).
Qeyd edək ki, Çinin Hubey əyalətinin Uhan şəhərindən dünyaya yayılan koronavirus infeksiyasına yoluxanların sayı 31 milyon 491 min 277, ölənlərin sayı isə 969 min 375 nəfərdir.