Koronavirus pandemiyası yayıldıqdan bəri mütəxəssislərin tövsiyələrindən biri də immun sisteminin gücləndirilməsi və bunun mümkün olduğu qədər təbii yolla aparılmasıdır.
Publika.az xəbər verir ki, koronavirusa qarşı tədbir görmək məqsədilə istifadəsi tövsiyə edilən məhsullardan biri də propolisdir.
Təbii şəraitdə əmələ gələn propolisin koronavirus ailəsi üzərində aparılan araşdırmalar nəticəsində infeksiyaya qarşı effektvliyi sübuta yetirilib. Antibikrobial və və antivirus xüsusiyyəti olan bu maddə immun sistemini gücləndirən qidaların önündə gəlir. Mütəxəssislər bildirir ki, koronavirus ailəsinə daxil olan əvvəlki virusların müalicəsində propolisdən istifadə olunub və müsbət nəticə verib. Lakin hələ ki, yeni tip koronavirus üzərində effektivliyi aşkarlanmayıb. Lakin immun sisteminə olan faydası dolayısı ilə koronavirusa qarşı müqaviməti təmin etməsi deməkdir.
Propolis immun sistemi ilə yanaşı, ürək-damar, revmatizm, orqanların yapşıqanlığı üzərində aparılan araşdırmalarda da müsbət effekt verib.
Propolis nədir?
Propolis arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Bu plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam qoxulu maddədir. 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır. Propolisin tərkibində 50-55% qatran, 30%-ə qədər mum, 8-10% efir yağları və bundan başqa müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu vardır.
Propolis müalicə məqsədilə ilk dəfə Qədim Misirdə, sonra Qədim Yunanıstanda və Romada istifadə olunub. Onun dərman xüsusiyyətləri barədə Dioskorid (b.e.ə. I əsr) “Dərman vasitələri haqqında”, İbn Sina isə (980-1037-ci illər) məşhur “Həkimlik elminin qanunu” əsərində yazıb.
Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq, propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri vardır.