Koronavirusun Britaniya ştammının 2 FƏRQİ

Koronavirusun yeni ştammı 2020-ci ilin sentyabr ayında Böyük Britaniyanın Kent qraflığında aşkar olunub ki, bu səbəbdən alimlər onu “britaniya ştammı” adlandırıblar.

Müşahidələr göstərib ki, yeni ştamm daha tez yayılır. Bəzi alimlərin fikrinə görə, “britaniya ştammı” daha təhlükəli və öldürücüdür. Lakin bu fakt tam sübut olunmayıb.

Milletinsesi.az bbc.com-a istinadla bildirir ki, “britaniya ştammı”nın əsas simptomları: yüksək qızdırma, arası kəsilməyən güclü öskürək və dadbilmənin dəyişilməsidir. Gördüyünüz kimi, bu simptomlar koronavirusa xas olan əsas simptomlardır. Lakin bəzi fərqlər də var.

Yeni ştammın “köhnə”dən əsas fərqləri bunlardır:

– öskürək, zəiflik, yorğunluq, əzələ ağrıları daha güclüdür

– dadbilmə və iybilmənin pozulması və itməsinə daha az hallarda təsadüf edilir.

Mütəxəssislərin fikrinə görə, yeni ştamm orqanizmdə daha tez çoxalır və orqanizm boyu daha sürətlə yayılır ki, nəticədə simptomlar da (öskürək, yorğunluq, əzələ ağrıları) daha ağır olur.

“Britaniya ştammı”nın digər simptomları arasında: boğaz və baş ağrıları, nəfəsalmanın çətinləşməsi, ishal və qusma.

Koronavirusun yeni ştammından qorunmaq üçün insanların çox olan yerlərdən uzaq durmaq, qoruyucu maska taxmaq, şəxsi gigiyenaya riayət etmək lazımdır.

Share: