Koronavirusun dərmanı meşədə, bu ağacda imiş – Rusiyada kəşf

Rusiyanın virusologiya üzrə mərkəzi “Vektor”da ilk dəfə koronavirusa qarşı peyvənd hazırlanmışdı.

İndi onlar xəstəliyi müalicə edən dərmanın da izinə düşüblər

Bu dərman qəribə də olsa meşələrdədir. Rusların əfsanəvi, möcüzəzi ağacı hesab olunan ağcaqayın ağacının gövdəsində bitən Çaqa göbələyində.

Mərkəzin mütəxəssisi Tamara Teplyakova çaqanın virusa necə dərman ola biləcəyini izah edib.

O, özü koronavirusa yoluxub və müalicədə çaqa göbələyindən istifadə edərək, vasitəni öz üzərində sınayıb.

“Mən və həyat yoldaşım 38 dərəcə hərarətlə xəstə yatırdıq. Çaqa göbələyi ekstraktını müalicə ilə yanaşı qəbul etdik, 5 gün sonra bütün simptomlar itdi, infeksiya tamam bitdi. Çaqa virusa çoxalmağa imkan vermir. Bu göbələk digər viruslarda, məsələn herpesdə də effektivdir, herpesi demək olar, məhv edir.

Ağcaqayın ağacının bioloji aktiv maddələri ilə birləşən göbələkdə yüksəkmolekulyar melanin, pterin, steriod maddələr əmələ gəlir. Eləcə də çaqada marqans var. Çaqa qanı qatılaşmağa qoymur, iltihaba imkan vermir, tromba qarşıdır”.

Çaqa ekstraktını gündə 150 ml qəbul etmək olar. 150 ml ekstraktı mütləq su ilə içmək lazımdır. Onu bərabər hissələrə bölüb, gün ərzində hissə-hissə içirlər. İçki qurtum-qurtum hər 30 dəqiqədən bir az miqdarda qəbul edilir. (medicina.az)

Share: