Koronavirusun diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq

Azərbaycanda koronavirusun diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq. Virusa yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılacaq.

Bu barədə Milletinsesi.az-a Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, testlər Dünya Səhiyyə Təşkilatı tərəfindən gətirilib və artıq mərkəzə təhvil verilib.

Share: