Çində koronavirusla (Kovid-19) mübarizə məqsədilə qurulan Milli Səhiyyə Komissiyasının rəhbəri Çjun Nanşan dünya miqyasında narahatlıq yaradan pandemiya ilə bağlı kritik açıqlama verib.
Nanşan qlobal təhdidlərə yol açan koronavirusun yayılmasının iyun ayında dayanacağını gözlədiklərini deyib.
83 yaşlı elm adamı Çində bu virusa yoluxan insanların əksəriyyətinin asimptomatik xəstələr olduğunu, sağalan xəstələr arasında yenidən yoluxma riskinin də sürətlə aşağı düşdüyünü açıqlayıb.
2002-ci ildə Çində ortaya çıxaraq yayılan SARS virusunu kəşf etmiş elm adamı kimi tanına Nanşan 2005-2009-cu illərdə Çinin səhiyyə naziri olub./teleqraf