Dünyanın 29 ölkəsində koronavirusun yeni XBB.1.5 alt növü aşkar edilib.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib.
Onun sözlərinə görə, 2023-cü ildə COVID-19 pandemiyasına son qoymağın mümkün olacağına ümid etdiyini ifadə edib.
ÜST rəhbəri bildirib ki, hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə ötürülməsi müşahidə olunur.
Hazırda koronavirusun yeni növü sürətlə yayılır.