Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Millətin Səsi.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib. 33 431 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 786, bu günə qədər isə ümumilikdə 4 268 668 test icra olunub.