Koronaya yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Millətin Səsi.az-a verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 650 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 145 nəfər aktiv xəstə sayını təşkil edib.

Share: