
“Atletiko”nun futbolçusu Anxel Korrea klubunu dəyişib.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, Argentina millisinin üzvü Meksikada oynayacaq.
30 yaşlı yarımmüdafiəçi “Tiqres”lə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Korrea ilə 5 illik müqavilə imzalanıb. “Tiqres” onun transferi üçün La Liqa təmsilçisinə 8 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Anxel Korrea 2021-ci ildən “Atletiko”da çıxış edirdi.