ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyini və indiki “korrupsiyalaşmış rəhbər” Cozef Baydeni Ağ Evdən qovacağını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Şimali Karolinada partiya üzvləri ilə görüşü zamanı çıxış edərkən deyib.
“5 noyabr 2024-cü ildə biz korrupsioner siyasi isteblişmentə qarşı mövqe nümayiş etdirəcəyik. Cozef Bayden adlı tamamilə korrupsioner prezidenti Ağ Evdən qovacağıq. Mən heç vaxt təslim və məğlub olmayacağam. Sizin üçün mübarizəni heç vaxt dayandırmayacağam”, – Tramp qeyd edib.