Korsika adası pis hava şəraiti səbəbindən Fransadan təcrid edilib.
Trend-in məlumatına görə, bu barədə “France İnfo” bildirib.
Məlumata əsasən, “Fabyen” fırtınasına görə Korsikaya gedən bərələr Marsel limanında qalıb.
Adaya edilən bütün uçuşlar da dayandırılıb.
Ən böyük Ayaçço adasının hava limanı şənbə günündən etibarən bağlanıb və çərşənbə axşamından tez olmayaraq açılacaq.