Kainatın sirləri ilə tanış olmağa kömək edən bəzi şəkilləri diqqətinizə çatdırırıq. Bu qalereyada mart ayında edilən kosmik kəşflər təqdim edilib.
1. “Curiosity” Mars roveri (özüyeriyən aparat – red.) “Fronton Qrinhyu” qayasını aşmaqla maili ərazi boyunca hərəkət rekordunu qırıb. Belə ki, 31 dərəcə altında olmaqla, o, Marsda ən böyük enişini etmişdi. Bundan sonra, Mars roveri zəfər selfisi çəkmişdi.
2.Şəkildə Qırmızı planetin şimal qütbündə yerləşən laylı çöküntülər təsvir edilib. Xarici görünüşünə görə bu sahə üstünə şəkər tozu səpilmiş desertə bənzəyir.
Əslində isə, çöküntülər buz və qəhvəyi rəngli toz qatlarından ibarətdir. Mənzərəni olduqca geniş sahəni əhatə edən karbon qazının “qırov”u tamamlayır.
3. “Hubble” teleskopu yerdən 120 milyon işıq ili aralıda yerləşən NGC691 kod adı altında kosmik spiralı qeydə alıb.
Bu obyekti iki yüz il bundan əvvəl tanınmış alim Vilyam Qerşel aşkar edib.
4. Baykonur kosmodromundan “Freqat” çarvadar bloku və “OneWeb”ün 34 kosmik aparatını daşıyan “Soyuz-2.1 b” raketinin kosmosa buraxılışı.
5. NASA metanın hərəkətini izləmək üçün üçölçülü xəritə hazırlayıb.
Metan sənaye, kənd təsərrüfatı obyektləri, neft və qaz istehsalı, eləcə də təbii mənbələrdən ayrılan istixana qazıdır. O, atmosferdə yığılaraq, qlobal istiləşməyə səbəb olur.
6. BKS-nın göyərtəsindən Əlcəzairin şəkli. Onu stansiyada 180 gündən çox qalan NASA astronavtı Cessika Meir çəkib.
7. BKS-62-nin heyəti: Endryu Morqan, Oleq Skripoçka və Cessika Meir
8. Daha bir kosmik spiral NGC 3887. O, bizdən 60 milyon işıq ili aralıda, Kasa bürcündə yerləşir.
9. “Bu, gündüz və ya gecədir? # Düzəliş edilməyib, çünki Ay elə parlaq idi ki, Yeri də işıqlandırırdı. Gecən xeyirə qarşı, Yer! Qoy həmişə işıq olsun!”- astronom Meir növbəti şəkli şərh edib.
10. NGC 4618 spiral qalaktikasının şəkli.
11. Marsın şimal qütbündəki buzlaq.
12. BKS-nın göyərtəsindən Əlcəzairin relyefi.
13. NGC 1589 qalaktikasının mərkəzindəki qara dəliyin şəkli.