
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə Ərəbistanı milli komandasının hər bir oyunçusuna Qətərdə keçirilən Dünya Kubokunda qalib gəldikləri üçün “Rolls Royce Phantom” avtomobili hədiyyə edib.
Modern.az xəbər verir ki, bu barədə “Indonesia Posts” nəşri yazıb.
Qeyd edək ki, avtomobilin qiyməti 460.000-550.000 dollar arasında dəyişir.
Noyabrın 22-də Səudiyyə Ərəbistanı Argentinaya 2:1 hesabı ilə qalib gəlib. Qələbə münasibətilə noyabrın 23- ü krallıqda istirahət günü elan edilib.
Akif İsmayılov