
“Monarxiya XXI əsrdə yeri olmayan anaxronik təsisatdır…”
“Tacqoymadan öncə keçirilən sorğularda respondentlərin 45 faizi monarxiyanın ləğv edilməli olduğunu hesab edib…”
III Karl rəsmən taxta çıxır. Bu arada isə monarxiyanı dəstəkləyən britaniyalıların sayı getdikcə azalır
Sabah, mayın 6-da Böyük Britaniya kralı III Karlın təntənəli tacqoyma mərasimi keçiriləcək. Bir çox britaniyalılar, Birlik sakinləri və dünya boyunca müşahidəçilər üçün bu, mühüm və sevincli hadisə olacaq. Lakin kütlə arasında Karl və monarxiya ideyasının özünün əleyhdarları da olacaq.
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
1983-cü ildə əsası qoyulan və dövlət başçısının seçkili olmasına tərəfdar çıxan
“Respublika” qrupunun tərəfdarları öz tarixində ən böyük etiraz aksiyası keçirməyi planlaşdırır.
Kral özünün qızıl faytonunda on minlərlə tərəfdarları ilə doldurulmuş küçələrdən keçəndə onlar kralı fitə basmağı və “bu, mənim kralım deyil” şüarını səsləndirməyi planlaşdırır.
Təşkilatın rəhbri Qrem Smit Londonun Vestminister abbatlığında təntənəli tacqoyma mərasimini onun XXI əsrdə yeri olmayan, xüsusilə insanların son onilliklərdə həyat dəyərinin böhranı ilə üzləşdiyi zaman anaxronik təsisat hesab etdiyini ifşa etmək üçün gözəl fürsət sayır.
Sorğular göstərir ki, Çarlz dünyada müddətinə görə ikinci monarxiya rəhbəri olan, ötən ildə ölümü ilə Böyük Britaniyada bütöv bir epoxaya son qoymuş anası Elizabetdən az populyardır. Smit hesab edir ki, cəmiyyətin kraliçaya hörməti respublikaçılar üçün “maneə olub”.
“Düşünürəm ki, monarxiyanın böyük problemləri var, çünki onlar öz ulduz oyunçusunu itirib,dəstək açıq-aşkar zəifləyir, maraq azalır, bu da onlar üçün böyük problemdir”, – Smit “Reuters” agentliyinə deyib.
Britaniya monarxiyasının tarixi 1066-cı ildə Fateh Vilhelmin İngiltərəyə soxulduğu zamanlara gedib çıxır, hərçənd, buna qədər də krallar bir çox əsrlər ərzində İngiltərə, Şotlandiya bə Uelsin ərazilərində yerləşən krallıqların “ədyal parçası”
altında rəhbərlik edib.
Hərçənd, əsrlər boyu monarxiya tədricən hakimiyyəti parlamentə güzəştə gedib, kral və ya kraliça əvvəlkitək mühüm rol oynayır, amma demək olar ki, Böyük Britaniyada, məsələn, baş nazirlərin təyin edilməsi və məhkəmə sistemində tamamilə rəmzi rol oynayır.
1649-cu ildə İngiltərədə vətəndaş müharibəsinin bitməsindən və I Karlın edamından sonra yaradılmış 11 illik respublika istisna olmaqla, Britaniya monarxiyasına son qoyulması geniş xalq kütləsi tərəfindən dəstək almayıb.
Monarxiyaya qarşı etirazlar nisbətən çox deyil, lakin monarxiyaya dəstək zəifləyir. Britaniyalıların hər on nəfərindən yalnız üçü monarxiyanı “çox vacib” hesab edir, bu isə bütün tarix boyu ən aşağı gösrəricidir.
Bunu tacqoymadan öncə Milli sosial tədqiqatlar mərkəzinin (NatSen) keçirdiyi sorğu göstərib. Ümumilikdə respondentlərin 45 faizi monarxiyanın ləğv edilməli olduğunu, onun vacib olmadığını və ya o qədər də vacib olmadığını hesab edib.
NatSen-in icraçı direktoru Hay Qudvin qeyd edib ki, əlavə narahatlıq ondan ibarətdir ki, 18-34 yaşlı gənc insanların yalnız 12 faizi monarxiyanı “çox vacib” hesab edir, hərçənd, 55 yaşdan yuxarı olanların 42 faizi belə düşünür.
O, deyib: “Gələcəkdə monarxiya qarşısında özünə dəstək üçün gənc nəsil qarşısında öz aktuallığını və cazibədarlığını saxlamaq vəzifəsi dayanacaq”.
Çarlz monarxiyanı idarəetmədə çox məsrəfli olmaması üçün azaltmaq istəyir, onun anası isə deyib ki, kral ailəsi yalnız xalqın dəstəyi ilə mövcuddur.
Britaniyanın əksəriyyət qəzetləri əvvəlkitək kral ailəsinə dəstək verdiyi, onların fabrika və məktəblərə səfərlərini işıqlandırdığı zaman “The Guardian” kimi skeptik ovqatlı az sayda nəşrlər ailənin maliyyəsinin şəffaf olmadığını öyrənib. Qəzetin məlumatına görə, kralın şəxsi sərvəti təxminən 2 milyard funt sterlinq təşkil edir.
Tacqoyma günündə monarxiyaya qarşı nümayişlər Şotlandiya və Uelsin paytaxtlarında planlaşdırılıb. Şotlandiyanın ötən ay seçilən yeni lideri Həmzə Yusaf bəyan edib ki, monarxiyaya son qoymaq istəyir.
Uelsin lideri Mark Dreykford həmçinin respublika arzulayır. Beləliklə, Birləşmiş Krallığı təşkiı edən dörd millətdən ikisinə respublikaçılar rəhbərlik edir.
“Respublika”dan olan Smit kral ailəsinə dəstəyin getdikcə azalacağını və gələcək hökumətin sonucda bu məsələ barəsində referendum keçirməyə qərar verəcəyini proqnozlaşdırır.
“Gənclər kütləvi şəkildə kral ailəsindən üz döndərir, – o, deyib. – Kraliça bir çoxları üçün monarxiyanın rəmzi olub. İndi o, yoxdur, daha monarxiyanı müdafiə edə bilmir”.
Müəllif: Aleksandra Appelberq


