Kraliça II Yelizaveta Boris Consonun istefasını qəbul etdi

Kraliça II Yelizaveta Boris Consonun istefasını qəbul etdi

Kraliça II Yelizaveta Böyük Britaniyanın baş naziri Boris Consonun istefasını qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Bukingem sarayına istinadən məlumat yayıb.

Çərşənbə axşamı səhər baş nazir kimi son çıxışından sonra Conson Kraliça II Yelizaveta ilə Şotlandiyadakı Balmoral qəsrindəki iqamətgahında görüşüb.


2019-cu ildə Tereza Meyi baş nazir kimi əvəzləyən Boris Conson iyulun 7-də hökumət üzvlərinin kütləvi şəkildə istefasından sonra baş nazir və Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsini tərk etdiyini açıqlayıb.

Seçkilər nəticəsində bazar ertəsi Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəriLiz  Trass Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri seçilib. Trass 81,3 min səs qazanaraq, bununla da 60,4 min səs toplayan keçmiş maliyyə naziri Rişi Sunakı qabaqlayıb.

Mənbə

Share: