Kramatorskda qatar stansiyasına hücum nəticəsində ölənlərin sayı 57-yə çatıb

Rusiya hərbi qüvvələrinin Kramatorskda qatar stansiyanın  atəşə tutulması nəticəsində 57 nəfər  dinc sakin ölüb və 109 nəfər yaralanıb.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Donetsk regional hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

O qeyd edib ki, Kramatorsk şəhərinin mülki əhalisinin atəşə tutulması faktı ilə bağlı bütün sübutlar toplanıb:

“Bütün lazımi sübutlar toplanıb. Lazım gələrsə, hüquq-mühafizə orqanları şərh verəcək. Həmin raketi Ukrayna əsgərlərinin atdığını iddia edilən məlumatlar onların (Rusiya – red.) KİV-lərinin saxtakarlığının növbəti təsdiqidir”.

Share: