“Kreml Belarus hərbi-sənaye kompleksindən istifadə etmək istəyir…”

“Kreml Belarus hərbi-sənaye kompleksindən istifadə etmək istəyir…”

“Belarus aerokosmik sənayesi rusiyalı hərbçilər üçün Su-25 qırıcılarını istehsal etməyə hazırdır…”

 

“Kreml Belarus zavodlarını ələ keçirə, onları kritik hərbi texnikanın istehsalı üçün yenidən qura və profilini dəyişə bilər…”

 

Rusiya Federasiyası Belarus müdafiə sənayesinin elementlərini Kremlin Rusiya ordusunun Ukraynada davam edən müharibəyə dəstək verilməsi üçün yenidən silahlandırılması səyləri çərçivəsində ələ keçirmək istəyir.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) bəyan edib.

 

İnstitutun analitikləri Aleksandr Lukaşenkonun fevralın 17-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə verdiyi belə bəyanatı xatırladıb ki, Belarus aerokosmik sənayesi Rusiya texnologiyalarına dəstək zamanı rusiyalı hərbçilər üçün Cu-25 qırıcılarını istehsal etməyə hazırdır.

 

Lukaşenko həmçinin bəyan edib ki, Belarus Dövlət Minsk Avtomobil Zavodu Rusiya “KAMAZ”-ı üçün komponentlər istehsal etməyə başlayıb və Rusiyaya itirilən Qərb idxalının əvəzlənməsi üçün elektron komponentlərinin istehsalında yardım etməyə hazır olduğunu ifadə edib.

 

O, həmçinin bəyan edib ki, Belarus “üç ay öncə” Belarus və Rusiyanın razılığa gəldiyi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında qeyri-müəyyən sazişləri 100 faiz icra edir.

 

ISW hesab edir ki, Rusiya Belarus hərbi-sənaye kompleksindən öz hərbi potensialının gücləndirilməsi üçün getdikcə daha fəal istifadə edəcək.

 

“Əlavə Su-25” və yük maşınları üçün ehtiyat hissələri, ehtimal ki, Rusiyanın uzunmüddətli hərbi səylərinin uğuru üçün kritik mühüm deyil. Lukaşenkonun bəyanatlarına rəğmən, Kreml Belarus zavodlarını ələ keçirə və onları rusiyalı hərbçilərin ehtiyacı oldyuğu kritik hərbi texnikanın istehsalı üçün yenidən qura bilər. 

 

Rusiyalılar həmçinin hazırda Su-25 qırıcılarının və yük maşınlarının, daha təcili zəruri texnika istehsalı üçün işlək olan və ya təchiz edilən zavodların profilini dəyişməyə cəhd edə bilər.

 

ISW bundan öncə dəyərləndirib ki, Rusiya qoşunları Belarus poliqonlarını və təlimatçılarını Rusiyanın məşqetmə potensialının pisləşməsini kompensasiya etmək üçün səfərbər edilən rusiyalıların hazırlığı məqsədilə istifadə etməyə başlayıb.

 

Görünür, Kreml bu üsulla Belarus müdafiə potensialının elementlərindən Rusiyanın müdafiə potensialının artırılması üçün istifadə edir, çünki Putin Ukraynada davam edən müharibəyə dəstək üçün Rusiyanın müdafiə potensialını bərpa etməyə cəhd edir”.

Mənbə

Share: