“Kreml rəhbəri Ukraynanın əkshücumunu uğursuz göstərməyə və Qərbin Ukraynaya dəstəyinə həvəsini öldürməyə cəhd edir”

“Kreml rəhbəri Ukraynanın əkshücumunu uğursuz göstərməyə və Qərbin Ukraynaya dəstəyinə həvəsini öldürməyə cəhd edir”

“Rusiya cəmiyyətində Kremlin siyasətindən narazılıq sürətlə artmaqdadır…”

 

Amerikalı analitiklər Putinin hərbi müxbirlərlə ünsiyyəti zamanı cavab vermədiyi ən başlıca sualı açıqlayıb: “Buna görə Stalin onu yerindəcə güllələyərdi…”

 

Amerikanın müharibənin öyrənilməsi İnstitutu (İSW), rusiyalı hüquq müdafiəçisi Mark Feyqin, həmçinin ukraynalı hərbi ekspert Putinin dünən rusiyalı hərbi müxbirlərlə görüşündə səsləndirdiyi teziz və narrativləri şərh edib. 

 

Moderator.az xəbər verir ki, bu barədə “ru.espreco.tv” nəşri yazıb.

 

Xatırladaq ki, Kreml rəhbəri yenidən Ukraynanın mənşəyi haqqında “özünün “tarixi faktlarını” təkrarlayıb, növbəti dəfə Qərbi Rusiyaya qarşı məkrli niyyətində ittiham edib, Rusiya və Ukrayna tərəflərinin itkiləri barədə, guya, düzgün məlumatlar verib, habelə yenidən Rusiyanı qonşu ölkələrlə dostluq və anlaşma şəraitində yaşamaq istəyən, lakin onu Ukrayna dövləti əleyhinə döyüşməyə məcbur edilən “sülhsevər” obrazını yaratmağa cəhd edib.

 

Ukraynanın artıq bir neçə gün davam edən əkshücumu haqqında danışarkən Putin əmin edib ki, Ukrayna Silahlı Qüvvələri Qərb ölkələri tərəfindən tədarük edilən hərbi texnikanın 30 faizini, Rusiyanın isə cəmi 54 tank itirdiyini iddia edib.

 

Putin müntəzəm olaraq ukraynalıların Qərbin hərbi texnikasının itkilərini şişirtməyə və təhrif etməyə cəhd edir, bununla da Ukraynanın əkshücumunu uğursuz təsvir etməyə və Qərbin Ukraynaya dəstək verməyə həvəsini öldürməyə cəhd edir.

 

Rusiyanın sabiq zabiti və qatı ultramillətçi İqor Girkin bəyan edib ki, Putinin nitqləri onu sübut edir ki, Rusiya Müdafiə Nazirliyi döyüş meydanında gerçək vəziyyət haqqında dezinformasiya yayır”, – amerikalı ekspertlər şərh edib.

 

Onların fikrincə, Putin Rusiya cəmiyyətini növbəti səfərbərlik dalğası və ya bütün Rusiya boyunca hərbi vəzyyətin tətbiqi ilə kədərləndirilməyə qərarsız “riskə meylli olmayan aktyordur”. 

 

“Putinin bəyanatları, ehtimal ki, ona yönəlib ki, öz seçiçilərini bundan sonra “xüsusi hərbi əməliyatı” genişləndirmək niyyətində olmadığına əmin etsin”. Kremlyönlü blogerlə ünsiyyət Putinə ona görə lazımdır ki, rusiyalı ultramillətçilərin
daha geniş dəstəyini əldə etsin”, – İSW qeyd edib.

 

Ukraynalı hərbi ekspert Aleksey Arestoviç qeyd edib ki, Rusiya hakiminin hərbi müxbirlərlə açıq ünsiyyəti onu göstərir ki, Rusiya cəmiyətində Kremlin siyasətindən narazılıq səviyyəsi o qəfər yüksəkdir ki, buna münasibət göstərməmək mümkün deyil.

 

“Heç şübhəsiz, bunlar aşağıdan, o cümlədən hərbi müxbirlərin özündən və sıravi əsgərlərdən gələn və bütün cəmiyyətə sirayət edən kəskin narazılıq siqnalları və çoxsaylı şikayətlərlə bağlıdır”, – ukraynalı analitik izah edib. 

 

O, əmin edib ki, Putin öz tezisləri və vədlərilə Rusiya ictimaiyyətini sakitləşdirməyə qərar verib. 

 

“Nəyə görə? Çünki onlara nağıllar danışılır, həyasızcasına və qəddarcasına riyakarlıq edirlər”, – Arestoviç Feyqinlə söhbətində əmin edib.

 

O, qeyd edib ki, Putin hərbi müxbirlərlə ünsiyyəti zamanı ən başlıca suala cavab verməyib:

 

“Necə olub ki, ukraynalılar strateji təşəbbüsü ələ keçirib və indi özləri zərbənin yerini və zamanını seçir?”, amma Ukraynadan 40 dəfə böyük olan “nəhəng, qüdrətli və qorxulu” Rusiya müdafiə olunmağa məcburdur? Belə şeyə görə yoldaş Stalin onu divara dirəyərək sorğusuz-sualsız dərhal güllələyərdi!” – Arestoviç vurğulayıb.

Mənbə

Share: