Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bir neçə həftə əvvəl Rusiya ordusunda Almaniyaya nüvə hücumu ehtimalı müzakirə olunub.
Moderator.az xəbər verir ki, bu barədə oktyabrın 28-də “Spiegel” nəşri Qərb kəşfiyyat orqanları tərəfindən ələ keçirilən Rusiya Hərbi Dəniz Qüvvələrinin radio-danışıqlarına istinadla yazır.
Nəşrin məlumatına görə, radio-tutmalar 2021-ci ilin sonunda Rusiya donanmasının Baltik dənizində manevrləri zamanı edilib. Rusiya ordu rəhbərləri Almaniyada əsasən 3 hədəfə nüvə zərbələri endirilməsindən danışıblar: Berlin şəhəri və bu ölkədəki ABŞ-ın iki hərbi hava bazası – Ramşteyn, eləcə də ABŞ ordusunun nüvə silahı saxladığı Büxel…
“Spiegel”in danışdığı mütəxəssislər kəşfiyyatın ələ keçirdiyi informasiya ilə bağlı fikir ayrılıqlarını ifadə edib. Bəziləri hesab edir ki, nüvə silahından istifadə tez-tez hərbi təlimlərdə müzakirə edilir və şərti təlim edilir; NATO-da da eyni təcrübə var. Onlar real təhlükəni təmsil etmirlər. Digər analitiklər isə hesab edirlər ki, ruslar Qərbi qorxutmaq üçün dinlənildiklərini bilə-bilə zərbə hədəflərini qəsdən müzakirə ediblər…
Bu fonda “Spiegel” üçün “Civey” sorğusu göstərir ki, almanların 51%-i nüvə müharibəsinin başlanması ehtimalından narahatdır. Onların 57%-i Rusiyanın Ukraynaya, 37%-i isə Almaniyaya zərbə endirməsindən qorxur.
Sultan Laçın