Kremldən Navalnının ölümünə ilk REAKSİYA: Həkimlər bilər

Rusiya Federal Penitensiar Xidmət müxalif siyasətçi Aleksey Navalnının öldüyü Yamal-Nenets Muxtar Dairəsindəki koloniyaya komissiya göndərir.

 

Modern.az RİA-ya istinadən xəbər verir ki, Kremldən Navalnının ölümü ilə bağlı ilk şərh gəlib.

 

Sözçü Dmitri Peskov deyib ki, Penitensiar Xidmət bütün yoxlamalarla məşğul olur, xüsusi təlimatlara ehtiyac yoxdur:

 

“Həkimlər Navalnının ölümünün səbəblərini öyrənməlidirlər”.

Bu xəbər ilə bağlı

Aleksey Navalnı vəfat etdi


Xəbəri oxu

Mənbə

Share: