“Kremlin Kiyevə, Berlinə, Londona, Vaşinqtona nüvə zərbəsi endirməyə hünəri çatar”

“Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq cəhdləri Qərblə qlobal savaşa gətirib çıxaracaq…”

 

Putin Ukraynada müharibənin başa çatmasına dair dialoqa hazır olduğunu bəyan edir, Medvedev dünyanı yenidən nüvə zərbəsilə təhdid edir

 

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev hesab edir ki, Ukraynanın müharibədə qələbə qazanacağı təqdirdə Rusiyanın parçalanmasının nəticələri “adi, hətta ən uzun sürən müharibənin nəticələrindən daha fəlakətli olacaq”.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Teleqram-kanal”ında növbəti postunda yazıb və dünyanı yenidən təhdid edib.

 

Rusiyalı məmur “bir dəqiqə ərzində Rusiyanın uduzacağını, müttəfiqlərini tərəfindən dəstəklənən Ukraynanın isə qələbə qazanacağını” təsəvvür etməyi təklif edib.

 

“Bizim düşmənlərimiz, Qərb sponsorları ilə neonasistlər üçün belə qələbə nə deməkdir? Dəfələrlə deyilib ki, söhbət 1991-ci ilin sərhədlərinə qayıtmaqdan gedir.

 

Yəni bu, Konstitusiyaya görə yeni ərazilərin daxil olduğu indiki Rusiyanın birbaşa və geriyədönməz dağılması demək olacaq. 

 

O zaman isə şiddətli vətəndaş müharibəsi nəticəsində ölkəmiz dünya xəritəsindən birdəfəlik silinəcək, – Medvedev yazıb və əmin edib ki, hər şey “tamamilə başqa cür” olacaq.

 

“Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq cəhdləri yalnız bir şeyə gətirib çıxara bilər. Bu da dövlətimizin bütün arsenalının tətbiq edilməsilə Qərb ölkələri ilə qlobal müharibədir.

 

Biz Kiyevə, Berlinə, Londona, Vaşinqtona nüvə zərbələri endirməli olacağıq. Bu zərbələr çoxdandır ki, bizim nüvə “üçlüyümüzün” uçuş hədəfləri seçilmiş digər gözəl tarixi yerlərə endiriləcək”, – Medvedev təhdid edib və əmin edib ki, bunun üçün Kremlin “hünəri çatacaq”.

 

Putinlə Medvedevin ritorikası “xeyirxah” və “kunli” polislərin oyununa bənzəyir.

 

“Kinli polis” Ukrayna və Qərbi Kiyevin rəsmi məqsədinə-1991-ci ilin sərhədlərinə nail olacağı tədqirdə nüvə silahı ilə qorxudur. “Xeyirxah polis” isə hazırkı cəbhə xətti üzrə razılığa gəlməyi təklif edir”, – “Ölkə siyasəti” “Teleqeram-kanal”ı vəziyyəti belə şərh edib.

 

Bundan öncə Amerika KİV-ləri yazıb ki, Rusiya kosmosda peyklərə qarşı istifadə məqsədilə nüvə silahı yerləşdirmək niyyətindədir.

 

Ekspertlərin fikrincə, belə silah güclü elektromaqnit impuls yaradaraq, o cümlədən mobil rabitə və internetə cavabdeh olan çoxsaylı peykləri sıradan çıxarmaq iqtidarındadır. 

 

Daha bir təhlükə zədələnmiş peyklərin orbitdə “mina sahəsi” yaratmaqla bütün yeni peyklər üçün təhlükə törədəciyidir.

Mənbə

Share: