“Kreml Qərbin neft məhsullarının idxalına yeni embarqosuna mənfi münasibət bəsləyir, bu, bazarların daha da disbalansına gətirib çıxaracaq. Qərbin neft məhsullarının tədarükünə tətbiq etdiyi yeni embarqo fonunda Rusiya öz maraqlarını yaranan risklərdən qorumaq üçün tədbirlər görür”.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Krımın təhlükəsizliyi etibarlı şəkildə təmin edilir, lakin Donbas hələ tam qorunmur, bu da olmalıdır. Kreml Serbiya rəhbərliyinə Qərb tərəfindən görünməmiş təzyiqləri anlayır və Vuçiçin mövqeyini yüksək qiymətləndirir. Kreml Rusiya ilə Serbiya arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyini gözləyir”, – deyə o söyləyib.
Sözçü Putinin parlament fraksiyalarının rəhbərləri ilə ayrıca görüşlərinin nəzərdə tutulduğunu da açıqlayıb.