Krımda partlayış səsləri eşidildi

Krımda partlayış səsləri eşidildi

Rusiyanın işğalı altında olan Ukraynanın Krım regionundakı Belbek hərbi aerodromunda partlayışlar olduğu bildirilir.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yarımada sakinləri silsilə partlayış səsləri eşidib.

 

Rusiya tərəfindən təyin olunan Sevastopol “administrasiyasının rəhbəri” Mixail Razvozjayev heç bir partlayış olmadığını və gəmi ekipajının təlim keçdiyini deyib.

 

Ölən və ya yaralananlarla bağlı məlumat yoxdur.

Mənbə

Share: