KTMT missiyasını sərhəddə yerləşdirməyə hazırıq

Ermənistan tərəfinin narahatlıqları KTMT-də mövcud olan qarşılıqlı fəaliyyət formatları çərçivəsində – Daimi Şuranın iclaslarından tutmuş Kollektiv Təhlükəsizlik Şurasına qədər müzakirə olunur.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Departament rəhbərinin müavini Mixail Qaluzin RTVI-ya müsahibəsində bildirib.

 

“Biz öz tərəfimizdən KTMT-nin missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik”, – deyə o qeyd edib.

 

XİN rəsmisi vurğulayıb ki, Moskva İrəvanın KTMT ilə bağlı zərərli müzakirələri dayandıracağını gözləyir.

Mənbə

Share: