Küçədə çobanın meyidi tapıldı

Ağdaşda kənd ərazisindən meyit tapılıb.

Millətin Səsi.az lent.az-a istinadən xəbər verir ki, hadisə Kükəl kəndində qeydə alınıb.

Kənd sakini olan 45 yaşlı Elnur Mənsur oğlu Abdullayevin meyiti küçədə aşkarlanıb. Məlumata görə, mərhum örüşdə heyvan otarırmış.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Share: