Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.
DİN-in Mətbuat xidmətindən Milletinsesi.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:
“Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.
Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir”.