Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aparılan yoxlamalar dayandırılıb.
Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
“Teatrda yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb. Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”, – məlumatda vurğulanıb.
Xatırladaq ki, ötən ilin noyabrından teatrda yoxlamalar başlamışdı.