
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə səfərdə olan Çin hökumətinin xüsusi nümayəndəsi Li Hui ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Ukraynadakı müharibə, ikitərəfli əlaqələr müzakirə olunub. Kuleba Çinin xüsusi nümayəndəsinə bilditib ki, Ukrayna öz ərazilərinin itirilməsi və ya münaqişənin dondurulmasını nəzərdə tutan heç bir təklifi qəbul etmir.
O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulu, Qara dəniz taxıl təşəbbüsü, nüvə təhlükəsizliyi və digər mühüm beynəlxalq səylərin həyata keçirilməsində Çinin iştirakının vacibliyini qeyd edib.


