“Kür” ikinci oyunda da uduzaraq mübarizəni dayandırıb

“Kür” ikinci oyunda da uduzaraq mübarizəni dayandırıb

Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb.

Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında Xorvatiyanın “Sesvete” klubu ilə üz-üzə gəlib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə bitib – 34:24.

Bir həftə əvvəl Xorvatiyada gerçəkləşən ilk görüşdə rəqib 30:15 hesabı ilə qalib gəlib.

Beləliklə, “Sesvete” növbəti raunda vəsiqə qazanıb.

Mənbə

Share: