Kürdəmirdə çoban özünə tüfənglə xəsarət yetirib

Kürdəmirdə çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.

Hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Belə ki, fermada çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılov Vidadi Qasıməli oğlu əlindəki tüfənglə ehtiyatsız davranıb.

Bu zaman o, tüfəngin əlində açılması nəticəsində ayaq nahiyəsinə xəsarət yetirib.

O, ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Fakt araşdırılır.

Mənbə

Share: