
Kürdəmirdə Xocalı faciəsi qurbanları ehtiramla yad edilib.
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Xocalı faciəsi qurbanlarının, həmçinin Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçıları Kürdəmir şəhərinin Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış memorial abidənin önünə gül dəstələri düzərək Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov rayonda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüş keçirib.