Küveyt altı ildən sonra İrana səfir təyin edib.
Bu barədə Milletinsesi.az İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, səfir Bader Abdullah Əl-Munaih Tehranda etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahiana təqdim edib.
Bu addım Səudiyyə Ərəbistanının İranla münasibətləri yaxşılaşdırmağa çalışdığı bir vaxta təsadüf edir.
Qeyd edək ki, 2016-ci ildə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsindən sonra Küveyt Tehrandakı səfirini geri çağırıb.