
Lənkəranda quyuya düşərək köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.
Rayonunun Tütəpeştə kəndində bir nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması ilə bağlı FHN Cənub Regional Mərkəzinə məlumat daxil olub.
Dərhal xilasedicilər əraziyə gəlib. Görülən tədbirlər nəticəsində quyuda olan şəxs xilas edilib.