Koronavirus pandemiyasına görə dayandırılan La Liqanın hansı oyunla bərpa olunacağı müəyyənləşib.
Qol.az “Sport.es”ə istinadən xəbər verir ki, çempionat Əndəlüs derbisi ilə davam etdiriləcək. İyunun 12-də “Sevilya”nın “Betis”i qəbul edəcəyi bildirilib.
28-ci turun digər matçlarının təqvimi isə mayın 28-də açıqlanacaq. Qarşılaşmalar azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, çempionatın iyunun 12-də bərpa olunacağını bir neçə gün əvvəl La Liqanın prezidenti Xavyer Tebas açıqlamışdı.