La Liqa oyunları sükutla başlayacaq

Koronavirusa görə mart ayından dayandırılan İspaniya La Liqasının bərpasından sonra ilk turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Qol.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb. Koronavirusdan ölənlərin xatirəsinin yad edilməsi üçün bu addım atılacaq.

Qeyd edək ki, La Liqa iyunun 11-də “Betis” – “Sevilya” oyunu ilə bərpa olunacaq.

Share: