“İrəvanın beynəlxalq səviyyədə qaldıracağı Laçın dəhlizi ilə bağlı məsələnin həlli KTMT-nin məsuliyyət zonasından kənardadır”.
Moderator.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Rusiya KİV-ə müsahibəsində bildirib.
“Laçın dəhlizi ilə bağlı Ermənistandan müraciət daxil olmayıb. Biz bu nöqteyi-nəzərdən çıxış edirik ki, bu, KTMT-nin məsuliyyət zonasına daxil deyil”, – deyə Zas bildirib.