Laçın rayonunun lövhəsi Güləbird kəndində yerləşdirildi

İşğaldan azad olunan Laçın rayonunun girişinə rayonun adı yazılan lövhə quraşdırılıb.

Bu barədə Milletinsesi.az-a Laçın rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, artıq lövhə girişdə quraşdırılıb: “Hələlik, bir yerdə quraşdırılıb. Lövhə rayonun Güləbird kəndində yerləşdirilib. Üzərində Azərbaycan bayrağı olan ikinci lövhə isə hələlik quraşdırılmayıb”.

Share: