Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetinə Laçın yolu ilə bağlı çağırışına münasibət bildirib.
Modern.az xəbər verir ki, səfir bununla bağlı “Twitter”də paylaşım edib.
O bildirib ki, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır:
“Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar”.
Leyla Abdullayeva fransalı parlamentariləri sülh səylərini dəstəkləməyə çağırıb.