
Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunub.
Modern.az xəbər verir ki, dövlət başçısı bu aksiyanın Ermənistanın Laçın yolundan qeyri-qanuni daşımalarına qarşı olduğunu bildirib.
Prezident İlham Əliyev Laçın yolunun son nöqtəsində – Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulmasının artıq labüd olduğunu qeyd edib.