Laçında qeyri-hökumət təşkilatları yaradılacaq

Avqustun 26-da ölkə vətəndaşlarına növbəti şad xəbər verildi. Bu dəfə də şad xəbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdi. Prezident işğaldan azad olunmuş Laçın şəhəri, Zabux və Sus kəndlərinə bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinin təmin olunduğunu öz paylaşımında elan etdi.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib.

 

A.Əliyeva Prezident İlham Əliyevin paylaşdığı xəbərin həm ölkə daxilində, həm də onun sərhədlərindən kənarda yaşayan azərbaycanlılar tərəfindən sevinc və qürurla qarşılandığını deyib, bunun 30 il məcburi köçkün həyatı yaşayan laçınlılar üçün xüsusi hadisə olduğunu vurğulayıb. O, Laçın rayonu ərazisində vətəndaş cəmiyyətini təmsil edəcək qeyri-hökumət təşkilatlarının yaradılacağını bildirib.

Mənbə

Share: