Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərilə görüşüb

Latviya Respublikasının Prezidenti Eqils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri – xanım Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiçi, Bolqarıstanın sabiq Prezidentləri Rozen Plevneliyev və Petar Stoyanovu, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç və sabiq Baş naziri Zlatko Laqumdziyanı, BMT-nın Baş Assambleyasının 73-cü Prezidenti Mariya Fernanda Espinozanı, Çexiya Respublikasının sabiq Baş naziri Yan Fişer, Moldovanın sabiq Baş naziri Kiril Qaburiçini, Albaniyanın sabiq Prezidenti Rexhep Meydanini, Rumıniyanın sabiq Baş nazir müavini Ana Birçalı, Xorvataiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi və Mərkəzin baş katibi Rövşən Muradovu qəbul edib.

 

Bu barədə Modern.az-a Mərkəzdən bildirilib.

 

Qeyd edilib ki, görüşdə Prezident Eqils Levitsə Mərkəzin son dövrlərdə reallaşdırdığı layihələr, qarşıda gələn X Qlobal Bakı Forumuna hazırlıq prosesi, Ukraynaya və bu ölkə qaçqınlarına humanitar yardım üzrə ali səviyyəli missiya, Avropa təhlükəsizliyi, Enerji təhlükəsizliyi haqqında fikir mübadiləsi aparılmışdır.

 

Latviya Prezidentinə Mərkəzin X illiyinə həsr olunmuş xatirə hədiyyəsi təqdim olunub.

 

Toplantının davamı olaraq Latviyanın sabiq Prezidentləri Quntis Ulmanis (1993-1999), Andris Berlins (2011-2015), Raimonds Veyonis (2015-2019), Estoniyanın sabiq Prezidenti Toomas Hendrik lİves (2006-2016), Latviyanın sabiq Baş naziri Laimdota Straujuma (2014-2016) iştirakı ilə Mərkəzin həm-sədri xanım Vayra Vike-Freyberqanın 85 illiyinə və Mərkəzin təsis olunmasının X illiyinə həsr olunmuş ziyafət təşkil olunmuşdur. Ziyafət zamanı Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elnur Sultanov tərəfindən Azərbaycan Respublikası Prezidentinin Latviya Respublikasının sabiq Prezidenti və Mərkəzin həm-sədri xanım Vayra Vike-Freyberqaya təbrik məktubu və Fəxri Diploma təqdim edilmişdir. O cümlədən ÜST Baş Direktoru Dr. Tedros Qhebreyesusun və BMt Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miqel Anqel Moratinosun təbrik məktubları təqdim olunub.

Mənbə

Share: