Latviya səfiri Rusiya XİN-ə çağırıldı

Latviyanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb Latviyadakı sovet abidələrinin demontaj edilməsi olub.

 

Məlumata görə, Rusiya tərəfinin bununla bağlı narahatlığı Latviya səfirinin diqqətinə çatdırılıb.

 

“Bildirilib ki, rəsmi Moskva cavab addımı atmaq haqqını özündə saxlayır. O cümlədən asimmetrik cavab addımı”, – deyə qeyd olunub.

 

Mənbə

Share: