Latviya XİN: Bu ölkələlərə getməyin

Latviya Xarici İşlər Nazirliyi (XİN) COVID-19 virusunun yayılması səbəbindən ölkə vətəndaşlarının xüsusi ehtiyac olmadan yollanmasını tövsiyə etmədiyi ölkələrin siyahısını tərtib edib.

Ölkənin Xarici İşlər naziri Edqars Rinkeviç “Facebook” səhifəsində bununla bağlı paylaşım edib.

Paylaşımda bildirilir ki, hazırda siyahıda 21 ölkə yer alır. Bunlar ABŞ, Avstraliya, Avstriya, Bəhreyn, Belçika, Misir, Fransa, Yunanıstan, İraq, İslandiya, Kanada, Küveyt, Böyük Britaniya, Malayziya, Hollandiya, Norveç, İspaniya, İsveçrə, Tailand, Almaniya və İsveçdir.

Xatırladılır ki, bundan əvvəl ölkə XİN-i öz vətəndaşlarını Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, İran və İtaliyaya səfərlərdən imtina etməyə çağırmışdı.

Qeyd edək ki, Latviyada, ümumilikdə, 8 koronavirusa yoluxma halı qeydə alınıb.

Share: