Edqars Rinkeviçs Latviya prezidenti seçilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bu gün ölkə parlamentində səsvermə keçirilib.
Bu vaxta qədər o, Latviyanın xarici işlər naziri postunu tutub.
Qeyd edək ki, Latviya parlamentli respublika üsul-idarəsinə malik olduğu üçün prezident ümumxalq səsverməsi yolu ilə deyil, qanunverici orqan tərəfindən seçilir.