Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin baş diplomatı Van Yi ilə görüşüb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş Yinin Moskvaya səfəri çərçivəsində baş tutub.
Tərəflər arasında geniştərkibli müzakirələr də keçirilib.
Lavrov Çin və Rusiya arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndirib. Rusiya XİN başçısının sözlərinə görə, Pekin və Moskva çoxqütblü beynəlxalq siyasi sistemin tərəfdarı olan güclər olaraq, qarşılıqlı olaraq bir-birinin maraqlarını dəstəkləməyə hazırdırlar.